Gəncədə təcili tibbi yardım işçilərinə qarşı xuliqanlıq edən şəxs saxlanılıb.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, şəhər sakini O.Mustafayev gecə saatlarında nənəsinə tibbi yardım üçün çağırışa gəlmiş Gəncə şəhər Təcili Tibbi Yardım Stansiyasının (TTYS) əməkdaşı ilə heç bir əsas olmadan mübahisə edərək onun sifət nahiyəsinə yumruqla zərbələr vurub. Bundan sonra o, TTYS-nın inzibati binasına gələrək, nalayiq ifadələr işlətməklə səs-küy salıb, şəxslər üzərində zor tətbiq etmək hədəsi ilə üzərində gəzdirdiyi bıçaqla stansiyada qeydiyyatçı işləyən xanımı öldürməklə hədələyib.
O.Mustafayev saxlanılıb. Onun barəsində Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 221.3 (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb araşdırmalar davam etdirilir. Marqarita pizza
Telegram kanalımız