Gəncədə 17 yaşlı qız yenidən itkin düşüb.
Yenisabah.az xəbər verir ki, hadisə martın 9-da baş verib. Gəncə şəhər sakini, 2006-cı il təvəllüdlü Bayramova Ceyran Sahəddin qızının yaşadığı evdən işə getmək məqsədilə çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin Təhqiqat bölməsində araşdırma aparılır. pizza sifarişi
Qeyd edək ki, C.Bayramova ötən ilin noyabr ayında da itkin düşmüşdü. Daha sonra o, polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilmişdi.
Telegram kanalımız