“Gənclərin Roman Müsabiqəsi 3”ün qalibləri mükafatlandırıldı   - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

“Gənclərin Roman Müsabiqəsi 3”ün qalibləri mükafatlandırıldı - FOTOLAR

Mədəniyyət

19 İyun 2026 23:08 236


TEAS Press tərəfindən təşkil olunan Gənclərin III Roman Müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

“Yeni Sabah” xəbər verir ki, Libraff mağazalar şəbəkəsinin “Park Akademiya”filialında baş tutan tədbirdə ədəbiyyatsevərlər, müəlliflər, media nümayəndələri və mədəniyyət ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə aparıcı Aysel Zahidqızı açıb. Daha sonra müsabiqənin münsifləri - ədəbiyyatşünas, tərcüməçi, redaktor Seyfəddin Hüseynli, filologiya üzrə fəlsəfə doktoru, dosent Əminə İbrahimova və ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru Mətanət Vahid çıxış edərək müsabiqəyə təqdim olunan əsərlər, seçim prosesi və gənc yazarların Azərbaycan ədəbiyyatına gətirdiyi yeni baxışlar haqqında fikirlərini bölüşüblər. pizza hut

Daha sonra müsabiqənin qalibləri elan olunub, qaliblərə mükafatları münsiflər təqdim edib. Müsabiqənin qalibləri aşağıdakı kimi müəyyənləşib:

I Yer – Vasif Zahidov – “Qaracağların köklərindəki pıçıltı” romanı

II Yer – Seymur Həmzəyev, “Gələn dəfə kral sənsən” romanı

III Yer – Zamiq Cəfərli, “Əncir ağacı” romanı

Qeyd edək ki, birinci yerin qalibinə 3000 manat və kitabın çap edilməsi, ikinci yerin qalibinə 2000 manat, üçüncü yerə isə 1500 manat pul mükafatı təqdim edilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!