Aprelin 15-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatında “Gəncliyin gələcəyə baxışı” mövzusunda konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə dövlətin gənclər siyasətindən geniş bəhs edib:
“Müstəqil Azərbaycanın gənclər siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin hakimiyyətinin hər iki dövrü gənclərə diqqət və qayğının bariz nümunəsidir. Hələ Sovet İttifaqı dövründə Azərbaycanın müstəqil gələcəyini düşünən ulu öndər Heydər Əliyev gəncləri keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərmişdir. Dördpendirli pizza
Həmin illərdə, həmçinin bu gün Zəfər salnaməsini yazaraq dünyanın ən güclü orduları sırasında yer alan Silahlı Qüvvələrimiz üçün möhkəm təməl yaradılmışdır. Belə ki, o dövrdə ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində Cəmşid Naxçıvanski adına Hərbi Liseyin təməli qoyuldu ki, bu gün ordumuzda xidmət edən zabitlərin böyük əksəriyyəti həmin məktəbin yetirmələridir. Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövr gənclərimizin dövlət idarəçiliyində irəli çəkilməsi, onların inkişafı üçün bütün imkanların formalaşdırılması ilə xarakterizə olunur.
Ümummilli Lider müəyyənləşdirdiyi gələcəyə hesablanmış strategiya ilə müstəqilliyimizin ilk illərində gənclərin enerji və imkanlarını milli maraqlarımızın müdafiəsinə səfərbər etdi, onların vətənpərvər ruhda formalaşmasına zəmin yaratdı.”
YAP Xətai rayon təşkilatının sədri ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının sıralarında birləşən 800 minə yaxın üzvün təxminən 40 faizdən çoxunu gənclərin təşkil etdyini önə çəkərək vurğulayıb ki, gənclərimiz partiyada öz potensial imkanlarını nümayiş etdirmək üçün böyük meydan görürlər.
Tədbirdə YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, YAP Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev
qazilər Rəşad Eldarzadə və Famil Məlikov, Tural Əhmədli, Kənan Tağıyev və Aysel Mayıllı çıxış ediblər.
Sonda partiya sıralarına yeni daxil olanlara YAP-ın üzvlük vəsiqəsi, həmçinin rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup gəncə Fəxri fərmanlar təqdim edilib.
Telegram kanalımız