General Arzumanyanın işi: Bir çox məmurlar dindiriləcək

saytların hazırlanması

Evə çatdırılma

General Arzumanyanın işi: Bir çox məmurlar dindiriləcək

Rəsmi

15 Aprel 2023 09:56 877


Separatçı rejimin “müdafiə ordusu”nun keçmiş “komandan”ı Mikayel Arzumanyanın işi üzrə bir sıra keçmiş və indiki məmurların Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılacağı və dindiriləcəyi açıqlanıb.

Yenisabah.az “Joqovurd”a istinadla xəbər verir ki, bu məsələdə eks-müdafiə naziri Seyran Ohanyan, “Artsax prezidenti” Arayik Arutyunyan, “Artsaxın keçmiş müdafiə naziri” Cəlal Arutyunyan və Ermənistan Müdafiə Nazirliyinin keçmiş rəhbəri, general-polkovnik Onik Qasparyanın adları hallanır.

Ermənistan Baş Prokurorluğu artıq M. Arzumanyanla bağlı cinayət işini məhkəməyə göndərib. Toyuqlu pizza

Xatırladaq ki, Mikael Arzumanyan oktyabrın 30-da Şuşa şəhəri və ətraf rayonların müdafiəsinin təşkili zamanı məmur səhlənkarlığı ittihamı ilə həbs edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!