General İqbal Babayevə yüksək vəzifə verildi - Foto

saytların hazırlanması

Evə çatdırılma

General İqbal Babayevə yüksək vəzifə verildi - Foto

Siyasət

23 Noyabr 2023 18:45 1770


Dövlət Gömrük Komitəsi sədrinin keşmiş müavini, general İqbal Babayevə yeni vəzifə verilib.

Bakupost.az-ın əldə etdiyi xəbərə görə, o, Azərbaycan -Qırğızıstan İnkişaf Fondunun İdarə Heyətinin Azərbaycan tərəfdən həmsədri təyin edilib.

Bu barədə baş nazir Əli Əsədov sərəncam imzalayıb. pizza sifarişi

Qeyd edek ki, İqbal Babayev dövlətə yüksək xidmətləri ilə seçilən məmurdur. Onun adı heç vaxt korrupsiyada hallanmayıb.

1990-ci ildə Kiyev İnşaat və Memarlıq Milli Universitetində (KİMMU) texnika elmləri namizədi, 2006-cı ildə həmin universitetdə texnika elmləri doktoru (Ukrayna), 2009-cu ildə Azərbaycan Milli Aviasiya Akademiyasında texnika elmləri doktoru (Azərbaycan) elmi dərəcələri alıb.

7 monoqrafiyanın, 13 dərsliyin, 100-dən çox elmi-metodiki işin və Amerikanın PMI İnstitutunun PMBOK-Layihələrin İdarə Olunması kitabının Azərbaycan nəşrinin ümumi redaktəsinin müəllifidir. 6 elmi işinə müəllif hüququ verilib.

20-ə yaxın dövlət təltifləri və mükafatlarına layiq görülüb. O cümlədən, 2011-ci ildə Azərbaycan Republikasının Prezidentinin 1300 nömrəli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı, 2014-cü ildə Azərbaycan Republikasının Prezidentinin 252 nömrəli Sərəncamı ilə “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordeni, 2017-ci ildə Azərbaycan Republikasının Prezidentinin 2631 nömrəli Sərəncamı ilə “Vətənə xidmətə görə” 2-ci dərəcəli ordeni və Ukraynanın Prezidentinin 22 avqust 2020-ci il tarixli sərəncamı ilə “Əmək və şücayətə görə” medal ilə təltif olunub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!