Generalın şikayəti öz əleyhinə işlədi

Generalın şikayəti öz əleyhinə işlədi

Kriminal

06 Dekabr 2022 20:20 692


Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin keçmiş rəisi, general-mayor Mövlam Şıxəliyevin apellyasiya şikayəti onun öz əleyhinə çevrilib. 

Qaynarinfo-nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murğuzovun sədrliyi ilə keçən məhkəmə hazırlıq iclasında məlum olub ki, Mövlam Şıxəliyevin dəstəsi ondan üz döndərib.

Məlumat üçün deyək ki, genralla birgə İstintaq Baş İdarəsinin 2-ci şöbəsinin rəisi Vüsal Ələkbərov, İbtidai İstintaq İdarəsinin rəis müavini Yasin Məmmədov və şöbə rəisinin müavini olmuş Sahib Ələkbərov da mühakimə olunurlar. 

Hazırlıq iclasında Mövlam Şıxəliyevin vəkili Ceyhun Yusifov məhkəmə tərkibinə etiraz etdiklərini açıqlayıb. Lakin Mövlam Şıxəliyevdən xaric digər müttəhimlər vəsatəti dəstəklməyib.

Əldə etdiyimiz məlumata görə, bu Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərovun artıq Mövlam Şıxəliyevdən üz döndərməsi ilə əlaqədardır. Bunun kökündə dayanan səbəblər barədə hələ ki, dəqiq bilgi yoxdur. Lakin bəzi iddialara görə, adıçəkilən şəxslər keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun göstərişinə uyğun belə davranış sərgiləyiblər. 

Keçmiş nazirin ən yaxın adamlarından biri olan və “Akula Akif” kimi tanınan Akif Mustafayevin də maraqlı şəxs kimi prosesə qoşulması faktı da Mövlam Şıxəliyevə qarşı yönəlik addım kimi izah edilir. 

Akif Mustafayev beynəlxalq axtarışdadır. Mövlam Şıxəliyev də digərlərinin məhkəmə prosesində hər hansı formada iştirakı olmayıb. Onun qəfildən prosesə qoşulması məhkəmədə hansısa faktların açıqlanacağını deməyə əsas verir. Ehtimal olunur ki, bu faktlar Mövlam Şıxəliyevin əleyhinə olacaq. Generalın məhkəmədə “mən sifarişlə həbs edilmişəm” deməsi isə onun da baş verənlərdən müəyyən mənada məlumatlı olduğunu göstərir. 

Digər tərəfdən, Mövlam Şıxəliyev ciddi-cəhdlə əmlakını qorumağa çalışır. O, əmlakının bir hissəsini ailə üzvlərinin adına keçirib. Lakin proseslər göstərir ki, generalın bu addımı nəticə verməyə bilər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!