“Gerasimovla əlaqə qurmaq olmur“ - NATO rəsmisi

saytların hazırlanması

Evə çatdırılma

“Gerasimovla əlaqə qurmaq olmur“ - NATO rəsmisi

Dünya

04 May 2022 15:34 405


“NATO 1997-ci ildə Rusiya ilə imzalanmış Şərqi Avropada qoşunların yerləşdirilməsi ilə bağlı sazişə əməl etməyəcək”.

Yenisabah.az “Financial Times”a istinadla xəbər verir ki, bu sözləri NATO Hərbi Komitəsinin sədri Rob Bauer deyib.

“NATO-Rusiya Aktı planlarımızı həyata keçirməyə mane olmayacaq”, - deyə o əlavə edib. Dominos pizza

Bauer, həmçinin iddia edib ki, son aylarda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Vladimir Gerasimovla əlaqə saxlamağa cəhd edib, lakin buna nail ola bilməyib.

Xatırladaq ki, 1997-ci ildə imzalanmış Rusiya-NATO Əsas Aktında Rusiya və NATO bir-birinə düşmən kimi baxmaqdan və bir-birinin sərhədlərində mühüm hərbi qüvvələr yerləşdirməkdən imtina qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!