Gerbə qarşı hörmətsizlik məsuliyyət yaradacaq – Prezidentdən qərar

saytların hazırlanması

Evə çatdırılma

Gerbə qarşı hörmətsizlik məsuliyyət yaradacaq – Prezidentdən qərar

Sosial

16 Aprel 2019 01:54 2067


Prezident İlham Əliyev Dövlət Gerbindən istifadə qaydaları haqqında qanunu imzalayıb.

“Yeni Sabah” xəbər verir ki, qanunda bildirilir ki, hər bir vətəndaş Azərbaycan Respublikasının Dövlət Gerbinə hörmət etməlidir. Azərbaycan Respublikasının Dövlət Gerbinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Dövlət Gerbi ilə bağlı dövlətin vəzifələri onun mahiyyətini və əhəmiyyətini əhali arasında geniş təbliğ etmək və onları bu barədə maarifləndirmək, gəncləri və təhsilalanları Dövlət Gerbinə hörmət ruhunda tərbiyələndirmək, Azərbaycandan kənarda Dövlət Gerbi barədə təhqiredici hərəkətlərin qarşısının alınması üçün beynəlxalq hüquq normalarına və Cinayət Məcəlləsinə uyğun tədbirlər görməkdən ibarətdir. pizza hut

Azərbaycan Respublikasının Dövlət Gerbinin qabarıq təsviri yalnız Prezident sarayına, dövlət iqamətgahlarının binalarına, Azərbaycan Respublikası Prezidentinin xidməti otağına, Milli Məclisinin binasına və iclas salonuna, Milli Məclisinin Sədrinin xidməti otağına, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin binasına və iclas salonuna, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin xidməti otağına, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanların (qurumların) binalarına, bütün məhkəmələrinin binalarına və məhkəmə iclaslarının salonlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin və Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin xidməti otağına, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və konsulluqlarının binalarına vurula bilər. 

Dövlət Gerbi oturulan və ayaq basılan yerlərdə təsvir edilə bilməz.

Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!