Gömrük əməkdaşları qəzaya düşdü - Ölən və yaralananlar var

saytların hazırlanması

Evə çatdırılma

Gömrük əməkdaşları qəzaya düşdü - Ölən və yaralananlar var

Kriminal

01 İyul 2024 10:03 1901


Şabran rayonunda baş verən ağır yol qəzasında bir nəfər ölüb, üç nəfər yaralanıb.

“Yeni Sabah” Report-a istinadla xəbər verir ki, Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Dəvəçi kəndindən keçən hissəsində "SHACMAN" markalı yük maşını ilə "Mercedes" markalı minik avtomobili toqquşub.

Belə ki, hadisə nəticəsində Bakı şəhər sakinləri 1989-cu il təvəllüdlü Vəliyeva Pəri, 1995-ci il təvəllüdlü Seyidağa Səmədov və 1984-cü il təvəllüdlü İlqar Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Pepperoni pizza

Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qəza zamanı aldığı xəsarətlərdən ölən 1994-cü il təvəllüdlü Əmirli Vahid Seymur oğlunun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.

Qəzaya düşənlərin Gömrük Komitəsinin əməkdaşçları olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!