Rusiyada məmurlara qarşı daha bir əməliyyat baş tutub.
“Yeni Sabah” TASS-a istinadən xəbər verir ki, qonşu ölkənin Federal Gömrük Xidməti İstintaq İdarəsinin rəisi, general-leytenant Aleksandr Kizlık Saxlanılıb. Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları onunla yanaşı müavini Aleksey Serebronu da tutublar.
Moskvanın Basman Rayon Məhkəməsindən bildirilib ki, hər iki şəxs səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunurlar. pizza mizza
Axtarış əməliyyat tədbiri nəticəsində A. Kizlıkın evindən 600 min avro, 600 min dollar, bahalı saatlar, bəzək-zinət əşyaları götürülüb.
Telegram kanalımız