Gömrük Komitəsi sərhəddə nəzarəti gücləndirir

saytların hazırlanması

Evə çatdırılma

Gömrük Komitəsi sərhəddə nəzarəti gücləndirir

Sosial

27 Yanvar 2025 10:23 131


"Meymunçiçəyinə görə riskli ölkələrdən gələn sərnişinlərə xüsusi diqqət yetirilir".

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Hava limanları və digər dövlət sərhədindən buraxılış məntəqələrində meymunçiçəyi virusunun ölkə sərhədindən sirayət etməsinin qarşısının alınması istiqamətində DGK bir sıra tədbir həyata keçirilir: Dördpendirli pizza

"Meymunçiçəyinə görə riskli ölkələr müəyyən edilib və həmin ölkələrdən daxil olan sərnişinlərə xüsusi diqqət yetirilir. Hərarəti yüksək olan sərnişinlərin aşkar edilməsi üçün mövcud texniki imkanlardan istifadə olunur. Xəstəliyə şübhəlilərin ilkin tibbi baxışının keçirilməsi və epidemioloji sorğunun aparılması ilə əlaqədar hazırlıq səviyyəsi artırılıb. Xəstəliyə şübhəli şəxslər aşkar edilərsə növbəti addımlar Səhiyyə Nazirliyi, TƏBİB və müvafiq qurumlarla birgə həyata keçiriləcək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!