Gömrük Komitəsindən buğda ilə bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Gömrük Komitəsindən buğda ilə bağlı açıqlama

İqtisadiyyat

18 İyul 2025 13:33 466


Cari ilin yanvar-iyun aylarında Azərbaycana xarici ölkələrdən 602 min 255 ton buğda idxal edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edilib.

Məlumata görə, bu miqdarda buğdanın idxalına 130,661 milyon ABŞ dolları vəsait xərclənib. Dördpendirli pizza

Buğda idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 216 min 233 ton və ya 56%, dəyər ifadəsi ilə isə 45,482 milyon ABŞ dolları, yaxud da 53,4% artıb.

2024-cü ilin birinci yarısında Azərbaycana xarici ölkələrdən 386 min 22 ton miqdarında, 85,179 milyon ABŞ dolları dəyərində buğda idxal edilmişdi.

Hesabat dövründə ölkəyə idxal edilmiş buğda ümumi idxalın 1,13%-ini təşki edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!