Gömrükçülər “Brokoli və kahı”  yükündən narkotik vasitə aşkar edib

saytların hazırlanması

Evə çatdırılma

Gömrükçülər “Brokoli və kahı” yükündən narkotik vasitə aşkar edib

Kriminal

16 May 2025 09:43 292


Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində qeyri-adi üsulla - tərəvəz yükünün içərisində gizlədilərək gömrük sərhədindən keçirilməsinə cəhd göstərilən külli miqdarda narkotik vasitə aşkar edilib. 


Yenisabah.az bu barədə Komitəyə istinadən xəbər verir. 

Məlumata görə, ölkə ərazisindən tranzit keçməklə İrandan Rusiyaya "Brokoli və kahı" yükü aparan nəqliyyat vasitəsinə Astara Gömrük İdarəsinin "Cənub-Astara" gömrük postunda gömrük baxışı keçirilib. Stasionar rentgen qurğusunda aparılan yoxlama zamanı yükdə şübhəli cizgilər müşahidə edilib.

Əsaslı yoxlama zamanı kinoloji xidmət iti paletlərdən birindəki 32 qutuya reaksiya verib. Həmin qutulardakı 32 ədəd bağlamalardan falqaya bükülmüş formada, gömrük nəzarətindən gizlədilən, qablaşdırma ilə birlikdə ümumi çəkisi 118 kiloqram 444 qram narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib. Dördpendirli pizza

Faktla bağlı araşdırma aparılır. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!