Gömrükçülər narkotik və psixotrop maddə aşkarlayıb

saytların hazırlanması

Evə çatdırılma

Gömrükçülər narkotik və psixotrop maddə aşkarlayıb

Kriminal

19 İyun 2019 15:02 1004


Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında piyada yolla İran İslam Respublikasından gələn Azərbaycan Respublikası vətəndaşı Astara gömrük postunda saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən “Yeni Sabah”a verilən məlumata görə, şəxsi yoxlama zamanı onun üzərindəki göy rəngli şalvarın içəri astar hissəsindən şəffaf rəngli sellofana bükülü, uzunsov formalı 1 ədəd bağlama aşkar edilib. Daha sonra vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Nəticədə daxili orqanı - düz bağırsağından şəffaf rəngli sellofana bükülü daha 1 ədəd bağlama aşkarlanıb.

Həmin bağlamalara ayrı-ayrılıqda baxış zamanı 48 qram ağ rəngli, kristal şəkilli psixotrop maddə - metamfetamin və 125 qram açıq qəhvəyi rəngli narkotik vasitə - heroin aşkar edilib. pizza mizza

Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na daxildir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!