Gömrüyə etiraz edən şəxs özünü yandırıb? -   Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Gömrüyə etiraz edən şəxs özünü yandırıb? - Açıqlama

Kriminal

19 İyun 2019 13:49 1379


Son vaxtlar Dövlət Gömrük Komitəsinin sahibkarlara, iş adamlarına qarşı apardığı qanunsuz əməllərlə bağlı mətbuatda kifayət qədər yazılar dərc olunur. Bildirilir ki, gömrük işçiləri ixrac olunan məhsulların laborator müayinəsini günlərlə gecikdirir və sahibkarları heç bir səbəb olmadan xeyli miqdarda cərimə ödəməyə məcbur edirlər. 

“Yeni Sabah” xəbər verir ki, ötən gün mediada yayılan xəbərlərə görə, DGK-nın qanunsuz tələblərindən bezən iş adamı Qərb Ərazi Gömrük Baş İdarəsinin ( Gəncə şəhəri ) qarşısında özünü yandırıb. (NUH.az)

Məlumata görə, həmin iş adamı mobil telefonların adapterinin ölkəyə idxalı ilə məşğul olurmuş.  Sezar pizza

Məsələ ilə bağlı DGK-nın mətbuat xidməti açıqlama yayıb. Açıqlamada bildirilir ki, ötən gün bir sıra kütləvi informasiya vasitələrində ölkəyə mobil telefonların aksesuarlarını gətirən sahibkara qarşı gömrük orqanları tərəfindən haqsız tələblərin irəli sürülməsi, həmin şəxsin də etiraz əlaməti olaraq Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin inzibati binasının qarşısında özünü yandırması barədə həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb.

Komitə qeyd edir ki, yayılan məlumatlar tamamilə əsassızdır və Qərb Ərazi Baş Gömrük İdarəsinin qarşısında hər hansı şəxsin özünü yandırma faktı qeydə alınmayıb.

“Dövlət Gömrük Komitəsi bildirir ki, son illərdə gömrük sistemində aparılan islahatların əsas məqsədlərindən biri də vətəndaş məmnuniyyətinin təmin olunması, xarici ticarət iştirakçılarının müraciətlərinin operativ şəkildə araşdırılaraq obyektiv qiymətləndirilməsidir. Dövlət Gömrük Komitəsi daim vətəndaşların müraciətlərinə, şikayət və təkliflərinə həssaslıqla yanaşır, onların müsbət həlli istiqamətində bütün vasitələrdən istifadə edir.

Eyni zamanda, fəaliyyəti zamanı qanunvericiliyin tələblərini pozan, vətəndaşların müraciətlərinə etinasızlıq göstərən gömrük əməkdaşları barədə də müvafiq tədbirlər görülür və bu barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılır. Bir sözlə, gömrük orqanları vətəndaş məmnuniyyətinin, şəffaflığın təmin olunması, gömrük sistemində xoşagəlməz halların aradan qaldırılması istiqamətində bütün zəruri addımları atır və bu sahədə müsbət nəticələrin əldə edilməsi üçün vətəndaş cəmiyyəti, biznes strukturları, media qurumları ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərməkdədir.

Lakin görülən işlərin, ortaya qoyulan nəticələrin fonunda gömrük orqanlarının fəaliyyətinə dair rəsmi mövqeyə və faktlara əsaslanmayan, böhtan xarakterli, sifarişli məlumatların yayımlanması ümumi işə kölgə salmaq məqsədi daşıyır və bu ölkənin iqtisadi təhlükəsizliyini təmin edən quruma qarşı yolverilməzdir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!