Gömrüyün müsadirə etdiyi siqaretlər satışa çıxarılır - Fotofakt

saytların hazırlanması

Evə çatdırılma

Gömrüyün müsadirə etdiyi siqaretlər satışa çıxarılır - Fotofakt

İqtisadiyyat

29 Noyabr 2019 08:12 2162


Bakıda Dövlət Gömrük Komitəsi tərəfindən müsadirə edilən siqaretlər satılır. 

Bu barədə Yenisabah.az-a oxuculardan biri məlumat verib. Oxucumuz Bakıdakı köşklərin birindən aldığı üzərində Azərbaycanın “müsadirə” qeydi olan aksiz markalı  siqaretin fotosunu da redaksiyamıza göndərib. 

Məlumatı verən oxucu qeyd edib ki, bu cür siqaretlər Bakının  müxtəlif yerlərində bu cür siqaretlərin satıldığına rast gəlmək mümkündür.  Toyuqlu pizza

Bir müddət əvvəl Bakıda Ermənistan istehsalı olan siqaretlərin satıldığı barədə məlumat yayılmışdı. O zaman bu siqaretlərin gömrükdən necə keçdiyi barədə suallar yaranmışdı. Lakin DGK bu məsələnin üzərindən sükutla keçmişdi.

İndi də müsadirə olunmuş siqaretlərin satışa çıxarıldığı bəlli olub. DGK bu barədə də susacaqmı?


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!