“Gör nə günə qalmışıq...” - İzzət Bağırov

saytların hazırlanması

Evə çatdırılma

“Gör nə günə qalmışıq...” - İzzət Bağırov

Şou

21 Dekabr 2025 21:55 892


“İnsanın dostu cibindəki puldur. Pulun varsa, deyəcəklər, orada yox, gəl yuxarı başda otur".

"Yeni Sabah" xəbər verir ki, bu sözləri “Gün ortası” proqramında müğənni İzzət Bağırov deyib.

O, belə bir dövrün gəlib çatmasına görə təəssüfləndiyini bildirib: Marqarita pizza

“Baxırlar hansı maşından düşdün, nömrəsi neçədir, əlindəki telefon hansı markadır. Əfsuslar olsun ki, biz bu günə qalmışıq. İnsana gör nələrə görə qiymət verirlər. Maşınına, qolundakı saatına, geyindiyi paltarına… Gör nə günə qalmışıq. Təəssüf ki, bu cür düşüncə çoxluq təşkil edir. Yaxşı olan insanlar isə ortada itib-batır. Fikir versəniz, abırlı insan həmişə kənara çəkilir. Gəlin, insanın daxilinə, onun insanlığına, illərdir etdiyi fədakarlıqlara dəyər verək”. /Axşam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!