Goranboyda güllələnən şəxs öldü

saytların hazırlanması

Evə çatdırılma

Goranboyda güllələnən şəxs öldü

Kriminal

13 İyul 2019 09:06 1432


Dünən Goranboyda baş vermiş silahlı insident nəticəsində güllə yarası alan rayon sakini, 1999-cu il təvəllüdlü Əmrahov Lətif Xaliq oğlu dünyasını dəyişib.

“Yeni Sabah” Bakupost.az-a istinadən xəbər verir ki, həkimlərin cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, mübahisə edən gəncləri sakitləşdirmək üçün onlara yaxınlaşan polis əməkdaşı Vüsal Kərimovla mühafizə polisi Səfər Həsənovu həmin şəxslər döyüblər. V.Kərimov havaya xəbərdarlıq atəşi açanda güllə Lətif Əhmədovun gözündən dəyib, daha sonra onun qardaşı Təbriz Əhmədov silahı polisdən alaraq V.Kərimovun başına qundağı ilə vuraraq xəsarət yetirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!