Goranboyda külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verib ki, rayonun Borsunlu kəndi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sadiq Nəsirov saxlanılıb. Onun üzərinə şəxsi axtarış keçirilərkən üzərindən 540 qram narkotik maddə olan heroin və 520 qram tiryək olmaqla ümumilikdə 1 kq 60 qram narkotik vasitə aşkar edilərək götürülüb.
Bundan əvvəl satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakinləri Elşən Abdullayev və Qənbər Abbasov saxlanılıb, onlara məxsus fermadan külli miqdarda narkotik, 198 ədəd avtomat patronu, 2 ədəd “F1”əl qumbarası, 5 ədəd tüstü bombası və 1 ədəd avtomataq sandıqcası aşkar edilib. Sezar pizza
Ümumən 13 fakt üzrə ümumilikdə 2 kq 887 qram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Telegram kanalımız