Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Yeni Sabah” xəbər verir ki, hadisə bu gün saat 10:30 radələrində Göyçay-Ucar avtomobil yolunun Üngütlü kəndi ərazisindən keçən hissəsində “KamAZ” markalı iki yük avtomobili və 23-BX-371 dövlət nömrə nişanlı “VAZ 21011” markalı minik avtomobili toqquşub.
Nəticədə bir nəfər xəsarət alıb. Yük avtomobillərinin hər ikisi aşdığı üçün yolda nəqliyyatın hərəkəti məhdudlaşıb. Toyuqlu pizza
Faktla bağlı araşdırma aparılır.
Davud Tarverdiyev
Telegram kanalımız