Göyçayda avtomobil elektrik dirəklərini aşırdı, üç kənd işıqsız qaldı

saytların hazırlanması

Evə çatdırılma

Göyçayda avtomobil elektrik dirəklərini aşırdı, üç kənd işıqsız qaldı

Hadisə

03 Fevral 2026 01:45 509


Göyçayda avtomobil elektrik dirəklərini aşırıb.

"Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, hadisə Qarabaqqal kəndində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı avtomobil həmin istiqamətdə hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə maşın yol kənarındakı yüksəkgərginlikli elektrik dirəklərinə çırpılıb. pizza sifarişi

Qəza nəticəsində 10 kv-luq 3 ədəd yüksəkgərginlikli elektrik dirəyi sıradan çıxıb, Hacalıkənd, Qarabaqqal və Bığır kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Əraziyə aidiyyəti qurumun və Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları cəlb olunublar. Hazırda aşmış dirəklər yeniləri ilə əvəz olunur.

Hadisənin başvermə səbəbləri araşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!