Göyçayda dava, bir nəfər yaralandı

saytların hazırlanması

Evə çatdırılma

Göyçayda dava, bir nəfər yaralandı

Kriminal

15 İyun 2019 09:42 1315


Göyçay rayonunda toy mərasimində dava düşüb. 

“Yeni Sabah” xəbər very ki, hadisə ötən gecə rayonun Ləkçiplaq kəndində qeydə alınıb. 

Rayonda fəaliyyət göstərən "Kənan" restoranında keçirilən toy mərasimində 1984-cü il təvəllüdlü İbrahimov Elson Tofiq oğlu ilə 1994-cü il təvəllüdlü Səmədov Çingiz Yaqub oğlu arasında şəxsi münasibətlər zəminində dava baş verib.  Dominos pizza

Qonaqların qarşısında bir-birlərini söyüşlə təhqir edən gənclərin davası toydan sonra yaşadıqları Ləkçiplaq kəndində davam edib. 

Çingiz Səmədov qonşusu Elson İbrahimovun döş qəfəsinə bıçaqla ağır xəsarət yetirib. O, Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. 

Hazırda onun vəziyyəti ağır olaraq qalır. Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!