Göyçayda ev yandı

saytların hazırlanması

Evə çatdırılma

Göyçayda ev yandı

Hadisə

03 Oktyabr 2025 18:48 186


Göyçay rayonunun Məlikkənd kəndində yanğın baş verib. İlkin məlumata görə, vətəndaşa məxsus evdə anidən başlayan yanğın qısa müddətdə şiddətlənərək bütün evi əhatə edib.

Yenisabah.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay bölməsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğın söndürülüb, alovun ətraf ərazilərə keçməsinin qarşısı alınıb. pizza mizza

Hadisənin başvermə səbəbi araşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!