Göyçayda heyvanlar arasında dəhşətli xəstəlik yayılıb - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Göyçayda heyvanlar arasında dəhşətli xəstəlik yayılıb - Fotolar

Hadisə

19 Noyabr 2019 12:27 1147


Göyçayda itlər və inəklər arasında xəstəlik yayılıb. 

"Yeni Sabah"ın "Qafqaz"infoya istinadən məlumatına görə, hadisə rayonun Yekəxana kəndində baş verib. Belə ki, kənd sakinlərinin sözlərinə görə, xəstəliyə yoluxan itlər bir gün sonra tələf olur. Eyni problem inəklər arasında da ölümlə nəticələnir. Fermerlər deyir ki, xəstə inəklərə tibbi yardım göstərilməsinə baxmayaraq, onları sağaltmaq mümkün olmur. Sakinlər deyir ki, hər il Yekəxana kəndində vətəndaşlar arasında da bir neçə nəfər bruselyoz xəstəliyinə yoluxur. Bu il yaz ayında bir nəfər quduz it dişləmə səbəbindən ölüb.

Analoji hal rayonun Bığır kəndində də mövcuddur. Vətəndaşlara məxsus fərdi təssərüfatda iri buynuzlu inəklər arasında olan xəstəlik sakinləri çətin duruma salıb. Toyuqlu pizza

Hadisə ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə məlumat verilib və qurum tərəfindən kəndlərə əməkdaşlar göndərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!