Göyçay şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Yenisabah.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Göyçay şəhərinin Nizami küçəsində qeydə alınıb.
"Opel", "BMW" və "VAZ 21011" markalı minik avtomobillərinin iştirakı ilə baş verən zəncirvarı yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslər Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəsarət alan şəxslərin adları dəqiqləşdirilir. Toyuqlu pizza
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. /APA
Telegram kanalımız