“Göyçə - itirilmiş Vətən” adlı sənədli film hazırlanıb - Video

saytların hazırlanması

Evə çatdırılma

“Göyçə - itirilmiş Vətən” adlı sənədli film hazırlanıb - Video

Mədəniyyət

03 May 2021 00:20 1312


Göyçə mahalı haqqında yeni sənədli film hazırlanıb.

“Göyçə - itirilmiş Vətən” adlanan film “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi tərəfindən Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib.

Filmdə Göyçə mahalının tarixindən, onun Azərbaycan xalqı üçün nə dərəcədə önəmli, müqəddəs məkan olmasından söz açılır. Bu bölgənin mədəniyyətimizə, tariximizə bəxş etdiyi dəyərlər xüsusi vurğulanır. Pepperoni pizza

Göyçənin oğuz-aşıq sənəti filmdə xüsusi bir xətt kimi keçir. Film boyu səslənən aşıq musiqiləri də ekran əsərinə daha artıq rəng qatır. 

Filmdə ermənilərin Göyçə mahalına köçürülməsi siyasəti, ermənilərin orada yerləşəndən sonra əraziyə olan iddiaları haqqında ətraflı məlumat verilir.

/Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!