Göz-gözü görmür -   Dumanla bağlı daha bir XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Göz-gözü görmür - Dumanla bağlı daha bir XƏBƏRDARLIQ

Sosial

16 Fevral 2026 10:26 166


Bakı şəhər Dövlət Yol Polis İdarəsi dumanlı hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib.

Qurumdan “Yeni Sabah”a bildirilib ki, duman digər hərəkət iştirakçılarının, habelə yol nişanlarının, nişanlama xətlərinin, ümumiyyətlə nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə ciddi maneə yaratdığı üçün sürücülərdən belə havalarda daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına əmin olmaq, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tələb olunur.

Piyadalar da dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə almalı, belə havalarda yola çıxarkən məsuliyyət hissini unutmamalıdarlar. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!