Gözdən əlil qadın iki il əvvəl itkin düşmüşdü, öldürüldüyü məlum oldu - Foto

saytların hazırlanması

Evə çatdırılma

Gözdən əlil qadın iki il əvvəl itkin düşmüşdü, öldürüldüyü məlum oldu - Foto

Kriminal

01 İyun 2025 23:27 511


Xaçmaz rayonunda iki il öncə itkin düşən gözdən əlil qadının öldürüldüyü məlum olub.

Yenisabah.az xəbər verir ki, 2023-cü ilin iyul ayının 18-də Xaçmaz rayon sakini, görmə qabiliyyəti məhdud olan 59 yaşlı Gülxar Cahangirovanın itkin düşməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Ötən iki il ərzində itkin düşən qadının axtarışları heç bir nəticə verməyib. Lakin bu günlərdə qadının öldürülərək basdırıldığı məlum olub. pizza sifarişi

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. İlkin məlumata görə, gözdən əlil qadın taksi sürücüsü tərəfindən qətlə yetirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır./Oxu.az


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!