Gözlənilən hava şəraiti ilə bağlı   sürücülərə xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

Gözlənilən hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq

Sosial

13 Yanvar 2026 09:43 1463


Yaxın günlərdə Azərbaycan ərazisində hava şəraitinin dəyişəcəyi, havanın temperaturunun aşağı düşəcəyi, xüsusilə gecə və səhər saatlarında mənfi dərəcələrin müşahidə olunacağı, dağlıq və dağətəyi ərazilərdə isə qar yağmasının gözlənildiyi bildirilir.

Bu barədə "Yeni Sabah"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, bu səbəbdən sürücülərdən, xüsusilə dağlıq və dağətəyi ərazilərdən keçən avtomobil yollarında hərəkətdə olarkən son dərəcə diqqətli olmaları xahiş olunur. İdarə etdikləri nəqliyyat vasitələrinin qış fəslinə uyğun texniki cəhətdən saz vəziyyətdə olmasına, ən azı qış şinləri ilə təchiz edilməsinə xüsusi diqqət yetirilməlidir. pizza hut

Qeyd olunan tələblərə əməl edilmədiyi təqdirdə nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yarana, bu isə digər hərəkət iştirakçılarına maneələr törədə, yollarda sıxlıq və ləngimələrə səbəb ola bilər. Eyni zamanda, bu cür hallar Agentliyin qar təmizləyən və yol istismarına cəlb olunan xüsusi texnikasının zəruri ərazilərə vaxtında çatmasına da əngəl yarada bilər.

Bu üzdən qurum sürücüləri hava şəraitini nəzərə almağa və səfərə hazırlıqlı çıxmağı tövsiyə edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!