GUAM-ın Baş katibi Azərbaycan Prezidentini təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

GUAM-ın Baş katibi Azərbaycan Prezidentini təbrik etdi

Siyasət

17 Noyabr 2020 20:51 703


GUAM-ın Baş katibi Altay Əfəndiyev Prezident İlham Əliyevi və Azərbaycan xalqını Milli Dirçəliş Günü münasibətilə təbrik edib.

Yenisabah.az xəbər verir ki, mətndə deyilir:

"Zati-aliləri. Sizi və Azərbaycan xalqını Milli Dirçəliş Günü münasibətilə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın – GUAM-ın Katibliyi adından təbrik edirəm. Pepperoni pizza

Otuz il əvvəl başlamış, bir çox dramatik və faciəvi dönəmlərdən, habelə dövlət quruculuğunun bir sıra mühüm mərhələlərindən keçən milli dirçəliş prosesi Azərbaycan Silahlı Qüvvələrinin şanlı Qələbəsi ilə özünün ən yüksək zirvəsinə çatdı və uzun müddətdir işğal altında qalan Azərbaycan torpaqlarının azad olunması ilə nəticələndi.

Biz nəinki müasir Azərbaycanın, həmçinin bütün regionun tarixində yeni bir səhifə açan bu tarixi Qələbə münasibətilə Sizi təbrik edirik. Bu Qələbə nəhəng potensialı, artan geostrateji əhəmiyyəti olan bir bölgə üçün perspektivli və nadir imkanlar, həmçinin inklüziv və hərtərəfli regional əməkdaşlıq, davamlı inkişaf üçün parlaq fürsətlər yaradır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!