Güclü külək Bakıda məktəbin dam örtüyünü zədələdi

saytların hazırlanması

Evə çatdırılma

Güclü külək Bakıda məktəbin dam örtüyünü zədələdi

Hadisə

04 Aprel 2022 16:47 426


"Hava şəraitinin kəskin dəyişməsi və güclü külək nəticəsində paytaxtdakı 278 nömrəli tam orta məktəbin dam örtüyü zədələnib".

Bu barədə "Yeni Sabah"ın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Qeyd olunub ki, dam örtüyündə fəsadların yaranması barədə aidiyyəti qurumlara məlumat verilib: "Hava şəraiti imkan verən kimi küləyin törətdiyi fəsadların aradan qaldırılması təmin ediləcək. Hava şəraiti ilə əlaqədar paytaxtın digər məktəblərində hər hansı ciddi hadisə baş verməyib". Dördpendirli pizza

Məlumat üçün bildirək ki, 278 nömrəli tam orta məktəb sonuncu dəfə 2008-ci ildə təmir olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!