Güclü külək Bakıda ölümə səbəb oldu -   RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Güclü külək Bakıda ölümə səbəb oldu - RƏSMİ

Hadisə

05 Fevral 2026 11:03 1834


Küləkli hava şəraiti ilə əlaqədar bir nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, güclü küləyə görə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yıxılma səbəbilə beş çağırış daxil olub. Dördpendirli pizza

Onlardan 47 yaşlı qadın Sabunçu Tibb Mərkəzinə, 73 yaşlı qadın Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 43 yaşlı qadın və 53 yaşlı kişi isə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Bir nəfərin isə ölüm faktı qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!