Güclü külək dağıntılara səbəb oldu – Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Güclü külək dağıntılara səbəb oldu – Fotolar

Rəsmi

21 İyun 2020 11:29 1135


Ötən gecədən müşahidə edilən güclü külək Tovuz və Qazax  rayonlarında elektrik enerji təsərüffatına ciddi ziyan vurub və nəticədə bəzi ərazilərdə elektrik enerjisinin verilişində qısa fasilələr yaranıb. 

“Yeni Sabah” xəbər verir ki, “Azərişıq” ASC Qərb RETSİ-nin qəza xidmətinin əməkdaşları dərhal ərazidə təmir- bərpa işləri həyata keçirib.

Bir neçə ünvanda xəttin üzərinə aşan ağac kabelləri zədələyib, dayaqları yararsız hala salab. Qəza baş verən ərazilərə əlavə mal-materal göndərilib və texnika cəlb olunub, xətlərdə bərpa işləri görülüb. Operativ tədbirlər nəticəsində abonentlər qısa zaman ərzində fasiləsiz elektrik enerjisi ilə təmin olunublar. Abonentlərimizdən xahiş edirik ki, baş verən qəza və açılmalarla bağlı dərhal “Azərişıq” ASC-nin 199 saylı çağrı mərkəzinə məlumat versinlər. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!