Güclü külək Tərtərdə məktəbin dam örtüyünü atdı

saytların hazırlanması

Evə çatdırılma

Güclü külək Tərtərdə məktəbin dam örtüyünü atdı

Hadisə

12 Aprel 2022 20:15 678


Ağdamda güclü külək bir sıra fəsadlara yol açıb.

Yenisabah.az xəbər verir ki, İmamqulubəyli kəndində ağac yüksək gərginlikli elektrik xəttinin üzərinə aşıb.

Ağdamın Quzanlı qəsəbəsi də daxil olmaqla, İmamqulubəyli, Bənövşələr və digər bir sıra kənd və qəsəbələrdə elektrik enerjisinin verilişi dayanıb. pizza mizza

Bundan başqa, güclü külək Tərtər şəhər 2 saylı məktəbin dam örtüyünü atıb.

Eyni zamanda güclü külək nəticəsində Heydər Əliyev prospektində elektrik dirəkləri aşıb.

Külək evlərə də ziyan vurub. Belə ki, Səməd Vurğun küçəsində külək ağacı evin üzərinə aşırıb./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!