“Güclünün qulluğunda durmaq, quyruq bulamaq...” - Professordan sərt sözlər

saytların hazırlanması

Evə çatdırılma

“Güclünün qulluğunda durmaq, quyruq bulamaq...” - Professordan sərt sözlər

Maraqlı

10 Oktyabr 2023 13:16 1971


“Çar Rusiyası Qafqaz və Xəzəryanı ərazilərdə möhkəmlənmək istəyəndə xristian əhali kimi ermənilərdən istifadə etmək qərarına gəlmişdi. Hələ I Pyotrun dönəmində ermənilər ruslara məktub yazaraq, onları Xəzəryanı vilayətlərə dəvət etmiş və rusların möhkəmlənməsinə çalışmışdı”. 

Bu sözləri Yenisabah.az-ın əməkdaşı ilə söhbətində tarix elmləri doktoru, BDU-nun professoru Boran Əziz deyib.

O, Rusiya və Ermənistan arasındakı gərginlik fonunda Rusiyanın hələ də erməni faktorundan istifadə etməsinin amillərindən, o cümlədən Moskvanın İrəvandan əl çəkməməsinin tarixi səbəblərindən söz açıb.  Sezar pizza

B.Əzizə görə, burada başlıca məqsəd isə Qafqazda yaşayan müsəlmanlara qarşı ermənilərdən istifadə etmək idi:

“Bu baxımdan, xüsusilə 19-cu yüzilliyin əvvəllərində Birinci və İkinci Rus-Xəzər savaşları dönəmində də bu siyasətin davamını görürük. Torpaqlarımızı Birinci Rus-Xəzər savaşında işğal etməyə başlayan general Pavel Sisianov da I Pyotr kimi Gəncə və Qarabağ əyalətlərindəki alban-xristian məlikliklərinə müraciət edərək, onları digər müsəlman torpaqlarına yerləşdirməyə çalışmışdı. Sonradan isə Türkmənçay müqaviləsinin 15-ci maddəsinə əsasən, ermənilərin Cənubi Qafqaza köçürülməsi üçün hüquqi bir baza yaradıldı. Eyni zamanda Ədirnə müqaviləsi əsasında da Osmanlı imperiyasının torpaqlarında yaşayan xeyli sayda erməni Azərbaycan torpaqları olan İrəvan, Qarabağ, Zəngəzur, Naxçıvan və Göyçə ərazilərinə yerləşdirildi”. 

Tarixçinin sözlərinə görə, bununla da Çar Rusiyası Qacar dövlətini və Osmanlı imperiyasını nəzarət altında saxlamaq və Rusiyanın cənub torpaqları ilə bu dövlətlərin arasında bir xristian qurşağı yaratmaq istəyirdi:

“O cümlədən erməniləri köçürərkən onu əsas götürürdülər ki, onların böyük əksəriyyəti müsəlmanların, xüsusilə də kürdlərin dillərini yaxşı bildiklərinə görə, bu, ermənilər üçün əlavə bir diskomfort yaşatmayaacq.  

Ermənilər də bunu sevinclə qarşıladılar. Çünki Çar Rusiyası onları köçürərkən gələcəkdə ermənilərə dövlət yaradacağı vədini vermişdi. Ona görə də ermənilər çox böyük şadyanalıqla deyirdilər ki, “Qacar şahını çörəyini yeməkdənsə, rus otunu yemək daha yaxşıdır”. Ermənilər uzun illər Rusiyanın Cənubi Qafqazdakı siyasətinin həyata keçirilməsində bir alət rolunu oynadı. Onların Rusiyadan ala biləcəyi maksimum nə mümkündürsə, onu da aldılar və indi Rusiya onları qane etmir”. 

“Ən maraqlı cəhət isə budur ki, ermənilər tarixən yaşadıqları ərazilərə gələn güclü imperiyalara əvvəlcə sədaqətlə xidmət etmiş, amma o imperatorluq zəifləyəndən sonra dərhal onu satmağa çalışan ilk xalqlardan biri olmuşdu. Biz bunu Ərəb Xilafətinin dövründə xəlifəyə xidmət edib, xilafət zəiflədikdə onların devrilməsinə çalışmaları, yaxud Səlcuq imperiyasına xidmət edib sonra onun devrilməsinə cəhd göstərmələri, o cümlədən Səfəvilər, Osmanlı imperiyalarının devrilməsinə çalışmaqları nümunələrində görmüşük”, - əlavə edib. 

Tarixçi alim bildirib ki,  başqa xalqlardan fərqli olaraq, ermənilər zamanında güclünün yanına keçib qulluq etmək, quyruq bulamaq, xidmətində durmağı özlərinə rəva bilirlər, bu, onların köhnə xasiyyətidir. Amma bu dövlətlər zəifləyəndə ona arxadan zərbə vuran da məhz özləri olmuşdu:

“Bu baxımdan, mənə görə, ermənilərin anti-Rusiya mövqeyi tutması təəccüblü görünmür. Çünki bu, onların xislətindən irəli gəlir. Ermənilər üçün bu şəraiti yaradan dövlətlər yadda saxlamlıdırlar ki, imperiyaların yaranması, inkişafı və süqutu tarixi qanunauyğunluqdur. Bu imperiyalar yaranıb inkişaf etdiyi kimi, süquta uğradığı dönəmdə də ermənilər onlara arxadan zərbə vuracaqlar. Onlar əmin olmalıdırlar ki, özlərinin içəridən dağılmasına və məhv olmasında öncülük edənlər həmin ermənilər olacaq”. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!