Güləşçilərimiz yarımfinala yüksəldi – Dünya Çempionatında 

Güləşçilərimiz yarımfinala yüksəldi – Dünya Çempionatında 

İdman Veb saytların hazırlanması

14 Sentyabr 2019 12:25 1150


Bu gün Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı start götürüb. 

“Yeni Sabah” xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşi üzrə 55, 63, 72 və 82 kq-da mübarizə baş tutur. 

Eldəniz Əzizli ilk görüşdə hindistanlı rəqibinə vaxtından əvvəl qalib gəlib. Dünya çempionu 1/4 finalda cəmi 1 dəqiqə 21 saniyəyə monqolustanlı həmkarını devirərək yarımfinala yüksəlib.

Elman Muxtarov startda erməni rəqibinə uduzub. Sənan Süleymanov debütdə Xorvatiya idmançısını üstələyib. Həmyerlimiz 1/8 finalda əzmkar qələbə qazanıb. Gürcüstan güləşçisiylə görüşdə 3:5 hesabıyla geridə olsa da, möhtəşəm geridönüş edib. Ancaq 1/4 finalda macar rəqibiylə bacarmayıb. 

Rafiq Hüseynov təsnifat mərhələsində Moldova təmsilçisini məğlub edib. Ukrayna idmançısı da yığmamızın üzvünə müqavimət göstərə bilməyib. Təcrübəli pəhləvanımız 1/4 finalda yerli güləşçini də məyus edərək adını yarımfinala yazdırıb. 

Qeyd edək ki, yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 16:00-da başlayacaq və İTV-dən canlı yayımlanacaq. 

55 kq 1/8 final - Eldəniz Əzizli - Manjet Manjet (İND) 8:0 

1/4 final - Eldəniz Əzizli - Davaabandi Munx Erdene (MGL) 9:0 

1/2 final - Eldəniz Əzizli - Xorlan Jakanşa (KAZ) 63 kq 

1/8 final - Elman Muxtarov - Slavik Qalstyan (ARM) 7:16 

72 kq Təsnifat - Sənan Süleymanov - Dominik Etlinger (CRO) 2:0 

1/8 final - Sənan Süleymanov - Yuri Lomadze (GEO) 11:5 

1/4 final - Sənan Süleymanov - Balint Korpasi (HUN) 0:6 

82 kq Təsnifat - Rafiq Hüseynov - Mihail Bradu (MDA) 6:0 

1/8 final - Rafiq Hüseynov - Yuri Şkriuba (UKR) 7:0 

1/4 final - Rafiq Hüseynov - Maxat Yerejepov (KAZ) 7:1 

1/2 final - Rafiq Hüseynov - Səid Murad Abdvali (İRİ)

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!