Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.
“Yeni Sabah” xəbər verir ki, dördüncü yarış günündə qadın güləşi üzrə 50, 53, 55 və 72 kq-da mübarizəyə start verilib.
Mariya Stadnik təsnifat mərhələsində Nigeriya güləşçisinə ilk hissədə qalib gəlib. Yığmamızın lideri növbəti görüşdə Hindistan təmsilçisindən güclü olub. 1/4 finalda Rusiya idmançısına göz açmağa imkan verməyən Stadnik ilk hissədə qələbəni təmin edərək adını yarımfinala yazdırmaqla yanaşı, Olimpiadaya lisenziya qazanan ilk güləşçimiz olub. Pepperoni pizza
Türkan Nəsirova debütdə almaniyalı rəqibinə məğlub olub.
Telegram kanalımız