Gülnarə Kərimova cəmi 32 milyon qaytarıb –   Rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Gülnarə Kərimova cəmi 32 milyon qaytarıb – Rəsmi açıqlama

Dünya

29 İyun 2019 14:29 1562


Özbəkistanın birinci prezidentinin böyük qızı Gülnara Kərimova Özbəkistana cəmi 32 milyon dollar qaytarıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Özbəkistan Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, ölkə mətbuatında G.Kərimovanın dövlət büdcəsinə 1,2 milyard dollar qaytarması haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir. G.Kərimova 2018-ci ildə büdcəyə 20,2 milyon, bu il isə 11,8 milyon dollar qaytarıb.

G.Kərimovanın iki cinayət işinə görə Özbəkistana vurduğu zərər 2 milyard dollar təşkil edir. Bu günə qədər Özbəkistan onun 12 ölkədə, o cümlədən Rusiyada olan 1,5 milyard dollar həcmindəki aktivlərinə həbs qoyub. Dominos pizza

Xatırladırıq ki, G.Kərimova 2015-ci ildə vergidən yayınmaqda və soyğunçuluqda ittiham olunaraq 5 il müddətinə azadlıqdan məhrum edilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!