Gültəkin Hacıbəylidən şikayət edən şəxsin kimliyi bəlli oldu 

saytların hazırlanması

Evə çatdırılma

Gültəkin Hacıbəylidən şikayət edən şəxsin kimliyi bəlli oldu 

Kriminal

30 Noyabr 2022 11:07 924


Sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli barəsində həbsli axtarışla bağlı qərar ləğv olunub.

Bu barədə APA-ya Gültəkin Hacıbəylinin vəkili Bəhruz Bayramov məlumat verib.

O bildirib ki, Gültəkin Hacıbəyli Nəsimi Rayon Məhkəməsinə gətirilib və sərbəst buraxılıb: pizza sifarişi

“Ondan xüsusi ittiham qaydasında şikayət edən Leyla Arif adlı şəxsdir. Leyla Arif sosial şəbəkə hesabında Gültəkin Hacıbəylinin ona böhtan atdığını bildirib və barəsində şikayət verib”.

Gültəkin Hacıbəyli ölkədə olmadığına görə onun barəsində həbsli axtarış elan olunub. Hazırda dayandırılmış icraat yenilənib və hakim Elməddin Hüseynovun icraatında olan iş üzrə məhkəmə prosesi dekabrın 8-nə təyin edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!