Gümüşün qiyməti tarixi maksimumunu yenilədi

saytların hazırlanması

Evə çatdırılma

Gümüşün qiyməti tarixi maksimumunu yenilədi

İqtisadiyyat

24 Dekabr 2025 00:43 556


"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2026-cı ilin mart ayında çatdırılmaqla gümüş fyuçersinin qiyməti bir troya unsiyası üçün 71 dolları ötərək tarixi maksimumunu yeniləyib.

"Yeni Sabah" xəbər verir ki, bu, ticarət platformasının göstəricilərindən məlum olur.

Bakı vaxtı ilə saat 21:04-ə olan məlumata görə, qiymətli metalın dəyəri 3,68 % artaraq bir troya unsiyası üçün 71,085 dollar təşkil edib. Saat 21:20-yə yaxın gümüşün qiymət artımı bir qədər yavaşlayaraq bir unsiya üçün 71,11 dollara (+3,71 %) enib. Dominos pizza

Eyni zamanda, "Comex" birjasında 2026-cı ilin fevralında çatdırılmaqla qızıl fyuçersinin qiyməti 4 503,9 dollar (+0,77 %) səviyyəsində qərarlaşıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!