Gündə 9 saat yatacaq adama 2400 manat maaş təklif olunur

saytların hazırlanması

Evə çatdırılma

Gündə 9 saat yatacaq adama 2400 manat maaş təklif olunur

Dünya

05 Dekabr 2019 21:30 1326


Hindistanda şirkətlərdən biri, bəlkə də, ən rahat işi təklif edir.

"Yeni Sabah" xəbər verir ki, təxminən 2400 manat (100 min rupi) maaş veriləcək işdə yeganə tələb gündə 9 saat yatmaqdır.

“Wakefit” şirkəti maraqlı təklif irəli sürüb. İş elanında tələb kimi yalnız 9 saat yatmaq bacarığı göstərilib. Toyuqlu pizza

Təbii ki, Hindistan kimi yoxsulluğun yüksək olduğu ölkədə elana reaksiya verən çoxdur. Amma hər kəsi işə götürmək olmaz. İşçi kimi qəbul olunan adam rahat yatmağı bacarmalıdır. 15-20 dəqiqə ərzində yuxuya getməli, rahat yuxu müddəti keçirməlidir.

Şirkətin qurucusu və rəhbəri Çaitanya Ramalinqeqovda niyə belə təklif irəli sürdüklərini izah edir. Məqsəd ideal yuxunu araşdırmaqdır. Bir müddət sonra araşdırmanın nəticələri açıqlanacaq. /bizimyolinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!