Gündəlik yoluxma sayı 5 minə çata bilər

saytların hazırlanması

Evə çatdırılma

Gündəlik yoluxma sayı 5 minə çata bilər

Sağlamlıq

23 Oktyabr 2020 07:23 1622


Gürcüstanda koronavirusa yoluxmanın ən yüksək həddini noyabrın ortalarında gözləyirik. Vəziyyət belə davam edərsə noyabrın ortalarında gündəlik yoluxma sayı 4-5 min arasında olacaq. Bu rəqəm hətta 5 min də ola bilər.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Gürcüstan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze söyləyib.

Onun sözlərinə görə, bütün qadağalara və sərt tədbirlərə baxmayaraq koronavirus dünyada yayılmaqda davam edir. Gürcüstan da bütün vasitələrdən istifadə edərək pandemiyaya qarşı mübarizə aparır. Bununla belə heç bir ölkə hələlik pandemiyanın qarşısını tam ala bilməyib. Dominos pizza

“Gürcüstan hökuməti proqnozlara baxmayaraq noyabrda gündəlik yoluxma hallarının heç olmasa 3-4 min arasında olmasına çalışacaq”,- deyə Qamkrelidze vurğulayıb. /Azərtac


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!