İranın Həmədan əyalətində üstü Günəş batareyası olan ilk sinə daşı hazırlanıb.
Yenisabah.az IRIB-ə istinadla xəbər verir ki, əyalətin Babapir Tuyserkan kəndində hazırlanmış ixtiranın dizaynı və icrası hətta qeydiyyatdan keçirilib.
Günəş enerjili sinə daşındakı 280 vatt gücündə panel qırılmaz qoruyucu şüşə ilə örtülüb. O, gecə də işıqlanır. Sezar pizza
Sinə daşını hazırlayan Əlirza Teymurinin sözlərinə görə, Günəş panelli daşın bütün komponentlərinin və onun işıqlandırmasının qiyməti 4 milyon 700 min tümən, daşın öz qiyməti 5 ilə 10 milyon tümən arasındadır.
O bildirib ki, bu planın həyata keçirilməsi üçün mərhumun ailəsinin razılığı, habelə kənd qəbiristanlığı qəyyumluğu ilə müqavilə bağlanması şərtdir.
Məzardakı panel vasitəsi ilə əldə edilən enerji yaxınlıqdakı evlərin və obyektlərin işıqlandırılmasına sərf olunur.
Telegram kanalımız