Günəşdə üç güclü partlayış baş verdi

saytların hazırlanması

Evə çatdırılma

Günəşdə üç güclü partlayış baş verdi

Dünya

01 Fevral 2026 13:16 459


Fevralın 1-i səhər saatlarında Günəşdə M sinfinə məxsus üç partlayış qeydə alınıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə TASS-a Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

"Fevralın 1-də Moskva vaxtı ilə saat 5:05-də (Bakı vaxtı ilə saat 6:05-də) 4366 (N11E47) Günəş ləkəsi qrupunda rentgen diapazonunda 20 dəqiqə davam edən M1.7 partlayışı baş verib", - deyə məlumatda bildirilib. pizza mizza

Bundan əlavə M sinfindən daha iki partlayış (M1.0 və M1.9) qeydə alınıb və onlar müvafiq olaraq 19 və 27 dəqiqə davam ediblər.

Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!