“Günəşli” yatağında ölüm hadisəsi

saytların hazırlanması

Evə çatdırılma

“Günəşli” yatağında ölüm hadisəsi

Kriminal

16 İyul 2019 11:25 1744


İyulun 15-də saat 18:50 radələrində “Günəşli” yatağındakı 14 saylı dərin dəniz özülündə Elmi təhqiqat işləri istehsalat sahəsinin operatoru, 1980-ci il təvəllüdlü Vəlixanov Seymur Əlihüseyn oğlu hamamda yıxıldığı vəziyyətdə aşkar edilmiş və vəfat etdiyi müəyyənləşdirilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Məlumatda bildirilib ki, ilkin rəyə əsasən, ölüm hadisəsinə baş nahiyəsinin xəsarəti və beyinə qan sızması səbəb olub.

“Hadisənin baş vermə səbəbləri “Azneft” İstehsalat Birliyinin baş direktorunun əmri ilə yaradılmış müvafiq komissiya tərəfindən yerində araşdırılır. Hadisə ilə bağlı əlavə məlumat veriləcək”, – deyə SOCAR-ın məlumatında qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!