“Gürcü Arzusu“ Blinkeni daxili işlərə müdaxilədə ittihamladı

saytların hazırlanması

Evə çatdırılma

“Gürcü Arzusu“ Blinkeni daxili işlərə müdaxilədə ittihamladı

Rəsmi

06 Aprel 2023 12:32 771


Gürcüstanda hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze ABŞ dövlət katibi Entoni Blinkenin dörd yüksək rütbəli gürcü hakiminə korrupsiyaya görə sanksiya tətbiq edilməsi ilə bağlı bəyanatını əsassız hesab edib.

Yenisabah.az “Imedi”yə istinadla xəbər verir ki, partiya sədri televiziya efirində deyib:

“Tamamilə əsassız, heç bir sübut olmadan 4 hakim korrupsiyada ittiham olunub. Əgər həmin hakimlər qanunu pozublarsa, niyə bunu təkcə gürcü hakimiyyətindən deyil, gürcü xalqından da gizlədirlər?” Dördpendirli pizza

Kobaxidzenin sözlərinə görə, Blinkenin müstəqil Gürcüstan məhkəməsinə müdaxilə etməkdə siyasi maraq var. Bəyanatın arxasında Gürcüstanın dövlət kimi qəbul edilməməsi məsələsi durur:

“Biz öz dövlət maraqlarımızı sona qədər qoruyacağıq”.

Xatırladaq ki, ABŞ-ın Gürcüstandakı səfirliyi dövlət katibi Blinkenin bəyanatını yayıb. Sənədə əsasən, Mixail Çinçaladze, Levan Murusidze, İrakli Şengeliya və Valerian Tsertsvadzeyə qarşı sanksiyalar tətbiq edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!