Gürcü polisi Mübariz İbrahimovun fotosunu sökmək istədi, türk sürücü icazə vermədi - Video

saytların hazırlanması

Evə çatdırılma

Gürcü polisi Mübariz İbrahimovun fotosunu sökmək istədi, türk sürücü icazə vermədi - Video

Hadisə

18 İyul 2020 20:47 1790


Gürcüstan polisi Türkiyə vətəndaşı Mətin Ərdəmin idarə etdiyi TIR-ın qoşqusunda şəhid Ömər Halisdəmir və Azərbaycanın milli qəhramanı Mübariz İbrahimovun fotosuna görə problem yaradıb.

Yenisabah.az xəbər verir ki, Naxçıvandan duz daşıyan M.Ərdəm Gürcüstan sərhədində polis tərəfindən saxlanılıb. Gürcüstan polisi sürücüdən TIR-ın qoşqusundakı Mübariz İbrahimovun fotosunu çıxartmağı tələb edib. Sürücü bununla bağlı sertifikatının olduğunu bildirib və qarşı çıxıb.

M.Ərdəm hər iki fotodakı qəhrəmanların onun üçün dəyərli olduğunu deyib. Keçməyinə icazə verilmədiyinə görə sürücü ilə polislər arasında mübahisə yaranıb. pizza

Daha sonra Ardahandakı jandarma əməkdaşları məsələ ilə bağlı Türkiyənin Gürcüstandakı konsolluğuna məlumat verib. Danışıqlardan sonra gürcü polisi M.Ərdəmin keçməsinə icazə verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!