Gürcüstan rəsmiləri ilə qaz tədarükü barədə danışıldı

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstan rəsmiləri ilə qaz tədarükü barədə danışıldı

İqtisadiyyat

11 İyul 2025 18:56 340


Azərbaycan və Gürcüstan arasında elektrik enerjisinin ixracı, tranziti ilə bağlı müzakirələr aparılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə nazir Pərviz Şahbazovla Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili arasında keçirilən görüşdə bildirilib.

Görüş zamanı Azərbaycan və Gürcüstan arasında bütün sahələrdə qardaşlıq, tərəfdaşlıq və güclü əməkdaşlıq münasibətlərinin mövcud olduğu bildirilib. Dövlət başçıları arasındakı möhkəm münasibətlər, güclü iqtisadi əlaqələr və strateji enerji tərəfdaşlığının ikitərəfli və regional əməkdaşlığın inkişafında əsas amil olduğu vurğulanıb. Marqarita pizza

Bu ilin ilk 5 ayında Gürcüstana 1,6 milyard kubmetr qaz tədarükü təmin olunub.

Gürcüstanla birgə Qara dəniz sualtı kabeli və quru xətti ilə Avropa ölkələrinə enerji tədarükü üzrə yaşıl enerji dəhlizi və interkonnektor layihələrinin icrası ilə bağlı müzakirələr aparılıb. Xüsusilə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin hər iki ölkə üçün strateji əhəmiyyəti vurğulanaraq, layihə əməkdaşlığın dərinləşdirilməsində mühüm mərhələ kimi dəyərləndirilib.

Söhbət zamanı “Yaşıl Enerji Dəhlizi” və “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” interkonnektor layihələrində irəliləyişləri təmin edəcək birgə tədbirlərə diqqət yetirilib, koordinasiyalı fəaliyyətin intensivləşdirilməsi razılaşdırılıb.

Azərbaycan Gürcüstanda 2025-ci il oktyabrın 23-də keçiriləcək İpək Yolu Forumuna dəvət edilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!