Gürcüstanda azərbaycanlı gənc özünü asdı –   Qumara görə

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstanda azərbaycanlı gənc özünü asdı – Qumara görə

Dünya

09 Noyabr 2019 18:47 1071


Gürcüstanın Bolnisi rayonunda 24 yaşlı azərbaycanlı gənc intihar edib.

"Yeni Sabah" “Report”a istinadən xəbər verir ki, onun özünə sui-qəsd etməsinə qumar oyunlarına aludəçiliyi səbəb olub.

Azərbaycanlı gənc bundan öncə də intihara bir neçə dəfə cəhd edib. Yaxınlarının müdaxiləsi nəticəsində onun bu cəhdlərinin qarşısı alınıb. Dördpendirli pizza

İntihar edən gəncin qumar oyunlarında külli miqdarda pul uduzduğu və həmin məbləği qaytarmaq üçün borc aldığı bildirilir.

Gürcüstanın Daxili İşlər Nazirliyində faktla bağlı istintaq aparılır.

Qeyd edək ki, son günlər qonşu ölkədə eyni səbəbdən Birinci kanalın operatoru da daxil olmaqla, bir neçə gənc intihar edib. Tbilisi və Batumidə qumar oyunlarının reklamının qadağan edilməsi tələbi ilə "Azart oyunlar öldürür", "Öz uşağını qoru" şüarları altında bir neçə aksiya keçirilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!